ana olmak

Tarih : 09.05.2010Cenab-ı Allaha mene ana olmağı nesib etdiyi üçün şükr edirem.

Ana olmaq.. Bu duyğunu sözlerle ifade etmek o qeder çetindir ki.

Qızım,mene bu duyğunu yaşatdığın üçün teşekkür edirem.Ne yaxşı ki, heyatımda varsan.

Mence ana demek..

Qarşılıq gözlemeden sevmek demekdir.

Övladını her gördüyünde üreyinin yerinden çıxacaq kimi çırpınması,gözlerinin yaşlarla dolması demekdir.

Bütün gün övladını düşünüb, göresen acdı, toxdu, xoşbextmi, bir yeri ağrıyırmı vs düşünmekdir.

Onun cennet qoxusunu içine çekib, Allaha şükr etmekdir.

Sehere qeder her yarım saat-1 saatda bir oyanmaq, körpene süd vermek, öpmek, saçlarına sığal çekib yeniden yatırtmaq demekdir. O oyanmasa da, bu sefer senin onu düşünmekden yatmaman demek, qısaca yuxusuz geceler demekdir.

Övladının uzaqdan seni görüb qaçaraq ve ya imekleyerek yanına geldiyinde, dünyaları sene vermişler kimi sevinmek demekdir.

Övladınla gülmek, övladınla ağlamaq demekdir.

Heyatı onunla yeniden yaşamaq, öyrenmek demekdir.

Güc ve cesaret demekdir.. MEN HERKESDEN GÜCLÜYEM!

Sevinc demekdir.

Qısacası Ana olmaq, en gözel duyğudur!

Allahım, mene sevmeyi ve sevilmeyi nesib etdiyin üçün sene sonsuz şükürler olsun.

Azeri yazar anapanda

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir